×
A
A
A
Sazlamalar

“Günəşli” yatağındakı 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Bakı, 6 iyul, AZƏRTAC

“Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündən 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, quyu fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2909-2888 metr intervaldan gündəlik 74 ton neft və 16 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri “28 May” neft və qaz çıxarma idarəsi tərəfindən həyata keçirilir.

Sənaye 2015-07-06 18:22:00