×
A
A
A
Sazlamalar

Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti təlim keçirilib

Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “Mükafatlandırma siyasəti” mövzusunda növbəti treninq təşkil olunub.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, keçirilən tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, treninqdə çıxış edən İSN-in sektor müdiri Anar Hacızadə dövlət müəssisələrində mükafatlandırmanın növləri və korporativ idarəetmə baxımından mahiyyəti və s. barədə məlumat verib.
Tədbir çərçivəsində mükafatlandırma ilə bağlı beynəlxalq təcrübədən danışılıb, mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Sənaye 2015-05-13 19:58:00