×
A
A
A
Sazlamalar

Ulu Öndərin ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikada iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilib

Bakı, 8 may, AZƏRTAC
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycanın müasir inkişafı bu dahi şəxsin adı ilə bağlıdır. Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Ümummilli Liderin rəhbərliyi altında qısa müddət ərzində ölkədə ordu və dövlət quruculuğu, ölkədaxili sabitlik və təhlükəsizlik təmin edilib. Onun rəhbərliyi ilə Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etdirilib, yeni neft-qaz strategiyasının və uzunmüddətli iqtisadi inkişafın əsasının qoyulması kimi irimiqyaslı tədbirlər həyata keçirilib.
Məlumat verilib ki, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikada iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilib. “Metallurgiyanın dirçəldilməsi və inkişafı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması üçün vacib olan dövlət əhəmiyyətli strateji məsələdir” sözləri ilə Azərbaycanda qara metallurgiya sənayesinin əsası qoyulub.
Ümummilli Liderin müəyyən etdiyi siyasi xəttin davamı olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu gün siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əldə edilən nailiyyətləri və inkişafın Azərbaycan modeli haqqında tədbir iştirakçılarına məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev irsi əbədi olaraq Azərbaycan xalqının yaddaşında xoş xatirələrlə qalacaq.

Sənaye 2015-05-08 20:17:00