×
A
A
A
Sazlamalar

Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

Bakı, 6 may, AZƏRTAC

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib. Forumda sahibkarlardan müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədə uyğun hesab edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihələr ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, kiçik həcmli istixana təsərrüfatlarının yaradılması, həmçinin ət kəsimi, makaron, dondurma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə maliyyələşdiriləcək.
Mayın 6-dan etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər. Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.

Sənaye 2015-05-06 10:54:00