×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident cənab Əliyev.
İcazənizlə Sizi 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm, Sizə möhkəm cansağlığı və şəxsi həyatınızda xoşbəxtlik arzulayıram.
Əminəm ki, Siz gələcəkdə də ölkənizə müvəffəqiyyətlə rəhbərlik edəcəksiniz və Serbiya-Azərbaycan dostluq münasibətlərinin inkişafı naminə hərtərəfli əməkdaşlığımızı birgə səylərlə davam etdirəcəyik.
Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə öz dərin ehtiramımı bildirmək istəyirəm.

Boris Tadiç
Serbiya Respublikasının Prezidenti

Rəsmi sənədlər 2011-12-23 18:18:00