Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Yaddaş” filmi ANS TV-də yayımlanacaqdır

Bakı, 20 yanvar (AzərTAc). “Bakı-film” kinostudiyasının istehsalı olan “Yaddaş” filmi ANS TV-də yayımlanacaqdır.
AzərTAc xəbər verir ki, beş seriyalı filmin ilk seriyası yanvarın 21-də saat 22:00-da efirə veriləcəkdir. Qarabağ müharibəsi və onun sadə insanların başına gətirdiyi fəsadlardan bəhs edən bu ekran əsəri hər həftənin cümə günləri nümayiş etdiriləcəkdir.
Real faktlar əsasında səhnələşdirilmiş filmin çəkilişləri Bakı və Şəki şəhərlərində aparılmışdır. Döyüş və müharibə səhnələrinin yer aldığı filmdə ağır hərbi texnikdan da istifadə edilmişdir.
“Yaddaş” filminin ssenari müəllifi və quruluşçu rejissoru Vahid Mustafayevdir.

Mədəniyyət 2011-01-20 05:36:38