


Bəhreyn DİN: İranın hücumu nəticəsində sənaye obyektində yanğın baş verib
Bakı, 22 noyabr, AZƏRTAC
Bəhreyndə sənaye obyektinə İran tərəfindən hücum edilməsi nəticəsində yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində mülki sənaye obyektində yanğın baş verib. Hazırda Mülki Müdafiə qüvvələri yanğının söndürülməsi istiqamətində iş aparır.
İlkin məlumata görə, hadisə nəticəsində obyektə maddi ziyan dəyib. Xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.
Xatırladaq ki, bundan əvvəl Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik təhdidi ilə bağlı xəbərdarlıq edib. Nazirlik sakinləri sakitliyi qorumağa, ən yaxın təhlükəsiz sığınacaqlara getməyə və rəsmi məlumat mənbələrini izləməyə çağırıb.