×
A
A
A
Sazlamalar

ABŞ Prezidenti: Rusiya ilə Ukrayna arasında daha əhatəli atəşkəsə nail olmaq istəyirik

Bakı, 21 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında daha əhatəli atəşkəsə nail olmaq istədiyini bildirib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “Fox News”a müsahibəsində bildirib.
“O, (birinci xanım Melaniya Tramp – red.) Ukrayna ilə Rusiya arasındakı münasibətlərdə çox yaxşı iş görüb, bir çox əla insanlarla işləyib. İndi isə daha geniş miqyasda hərəkət edirik. İnsanlar şəhər və qəsəbələrdən təxliyə edilib və bu, yəqin ki, onların həyatını xilas edib. Bu, möhtəşəm bir şey idi, atəşkəs idi. İndi də eyni şeyi edəcəyik, amma daha geniş miqyasda”, - Tramp əlavə edib.
Qeyd edək ki, ABŞ-nin birinci xanımı Melaniya Tramp Milad bayramına qədər Rusiya ilə Ukrayna arasında yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirib.

Dünya 2026-11-21 20:09:00