


Tramp: ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır
Bakı, 21 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasındakı münaqişənin həlli ilə bağlı əldə olunacaq razılaşma daimi xarakter daşımalıdır.
AZƏRTAC-ın məlumatına görə, Ağ Ev rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.
“Mən daimi olacaq saziş bağlayacağam. Onların nüvə silahı əldə etməsinə icazə verməyəcəyəm”, - deyə Donald Tramp vurğulayıb.
ABŞ Prezidenti, həmçinin İranda hakimiyyət dəyişikliyində maraqlı olmadığını qeyd edib.