


Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəliləyib VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Rəqəmsal hökumətin inkişafı sahəsində Azərbaycan beynəlxalq reytinqdə 36 pillə irəliləyərək dünyanın qabaqcıl ölkələri sırasına doğru mühüm addım atıb.
Birləşmiş Millətlər Təşkilatının 2026-cı il üzrə Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycan 194 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Bununla da ölkəmiz ilk dəfə olaraq indeksin “Çox yüksək elektron hökumət inkişafı” kateqoriyasına daxil edilib.
Rəqəmsal hökumətin inkişafında elektron xidmətlərin vahid platformalarda birləşdirilməsi, dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi və sənəd dövriyyəsinin elektronlaşdırılması mühüm rol oynayır.
Bu istiqamətdə “mygov” platforması, “digital.bridge” sistemi və “Kağızsız hökumət” təşəbbüsü həyata keçirilir.
Mövzu ilə bağlı daha ətraflı məlumatı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialdan əldə edə bilərsiniz.