×
A
A
A
Sazlamalar

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb VİDEO

Ağdam, 20 noyabr, AZƏRTAC

20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə Ağdam şəhərində keçirilən silsilə tədbirlər atəşfəşanlıqla başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakinləri və qonaqlarda xoş ovqat yaradan konsert proqramından sonra Ağdam səmasında möhtəşəm atəşfəşanlıq olub.
Rəngarəng fişənglərin yaratdığı mənzərə yenidən qurulan şəhərin gecə səmasını işıqlandırıb. Bayram tədbirlərinin möhtəşəm finalı kimi yadda qalan bu işıqlı görüntülər, şəhərin yeni simasının, burada canlanan ictimai-mədəni həyatın növbəti nümayişinə çevrilib.
Müxbir - Tahir Ağaməmmədov

Regionlar 2026-11-20 21:32:00