×
A
A
A
Sazlamalar

11 ölkədən tarixi ekoloji öhdəlik: Yer Kürəsi Günündə 1 milyarddan çox ağac əkiləcək

Ankara, 20 noyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində 11 dövlət 22 Aprel – Yer Kürəsi Günündə 1 milyarddan çox ağac əkməyi öhdəsinə götürüb.
AZƏRTAC xəbər verir ki, təşəbbüsə Keniya, Braziliya, Fici, Pakistan, Palau, Papua Yeni Qvineya, Konqo Respublikası, Seyşel adaları, Tayland, Toqo və Venesuela qoşulub. Keniyalı ekoaktivist Truphena Muthoni və avstraliyalı ətraf mühit fəalı Cimi Koen tərəfindən irəli sürülən bu təşəbbüs nəticəsində 2027-ci ildə bir gündə əkilən ağacların sayına görə tarixi rekordun yenilənəcəyi gözlənilir.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Ekologiya 2026-11-20 20:56:00