


Tramp İranla bağlı qərarını yeni ilin əvvəlində verəcəyini bildirib
Vaşinqton, 19 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranla müharibədə növbəti addımı ilə bağlı qərarını yeni ilin əvvəlində verəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Çindən ABŞ-yə qayıdarkən prezident təyyarəsinin göyərtəsindən “Axios” nəşrinə telefonla verdiyi müsahibəsində deyib.
“İranla bağlı qərar verməyə tələsmirəm. Yeni il başlayandan sonra nə baş verəcəyini görəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.