


Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
Bakı, 19 noyabr, AZƏRTAC
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,14 dollar artaraq 92,09 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,19 dollar azalaraq 83,07 dollar təşkil edib.