×
A
A
A
Sazlamalar

“Nvidia”nın sabiq rəhbərinin vəzifəsinə qaytarılması üçün başladılan petisiya 200 mindən çox imza toplayıb

Bakı, 19 noyabr, AZƏRTAC

ABŞ-nin aparıcı çip istehsalçısı “Nvidia”nın həmtəsisçisi və keçmiş baş direktoru Censen Huanqın vəzifəsinə bərpa edilməsi tələbi ilə onlayn platformada başladılan “Stand With Jensen” adlı petisiya 200 mindən çox imza toplayıb.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, petisiya müəllifləri “Nvidia”nın Direktorlar Şurasından Censen Huanqın dərhal vəzifəsinə qaytarılmasını və onun istefasına səbəb olmuş iddialarla bağlı müstəqil, şəffaf araşdırma aparılmasını tələb edirlər.
Xatırladaq ki, Censen Huanq şəxsi həyatı ilə bağlı yayılan məlumatlar və ətrafında yaranan qalmaqal fonunda noyabrın 12-də baş direktor vəzifəsindən istefa verib.

 

Dünya 2026-11-19 05:42:00