


ABŞ Prezidenti nüvə obyektlərində yoxlamaların keçirilməsi fikrinə müsbət yanaşıb
Bakı, 19 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və Birləşmiş Ştatlar arasında nüvə silahlarının azaldılmasına dair razılaşma əldə olunacağı təqdirdə, yerində yoxlamaların keçirilməsini mümkün hesab edir.
AZƏRTAC xəbər verir ki, Amerika administrasiyasının rəhbəri bu barədə “Fox News” telekanalına danışıb.
Moskva, Pekin və Vaşinqtonun nüvə silahlarının ixtisarına razılıq verəcəyi halda hər üç ölkədə təftiş rejiminin tətbiqini təklif etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Donald Tramp, “Düşünürəm ki, bu, normaldır”, – deyə bildirib.