×
A
A
A
Sazlamalar

Tramp İranla münaqişənin həlli üçün Rusiya və Çindən kömək istəməyi planlaşdırmadığını bildirib

Bakı, 19 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin həllində Rusiya və Çindən yardım istəməyi planlaşdırmadığını bəyan edib.
AZƏRTAC xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Jurnalistin münaqişənin həllinə kömək göstərilməsi üçün Pekinə və Moskvaya müraciət etməyi planlaşdırıb-planlaşdırmadığı barədə sualını cavablandıran Donald Tramp qısa olaraq, “Bizə heç bir kömək lazım deyil”, – deyə bildirib.

 

Dünya 2026-11-19 04:49:00