×
A
A
A
Sazlamalar

Estoniya Rusiya sərhədinin bağlanması ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Bakı, 19 noyabr, AZƏRTAC

Estoniya Parlamenti Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qanun layihəsini 37 nəfər dəstəkləyib, 2 nəfər əleyhinə səs verib. Daha 36 deputat səs verməyib.
Daha əvvəl Estoniyanın Baş naziri Kristen Mixal Rusiya ilə bütün sərhəd keçid məntəqələrinin 1 dekabr tarixindən etibarən bağlanacağını elan etmişdi.

 

Dünya 2026-11-19 03:09:00