×
A
A
A
Sazlamalar

ABŞ ilə Venesuela arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 18 noyabr, AZƏRTAC

ABŞ müdafiə naziri Pit Heqset ABŞ və Venesuela arasında müdafiə əməkdaşlığı müqaviləsi imzalandığını açıqlayıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Karakasda Venesuela Prezidentinin elçisi Delsi Rodrigez ilə görüşündə Pentaqon rəhbəri bildirib.
O qeyd edib ki, ABŞ Venesuela ilə müdafiə əməkdaşlığını gücləndirməyə sadiqdir. “Bu gün müdafiə tərəfdaşlığımızı gücləndirmək üçün müqavilə imzalamaq imkanına görə minnətdarıq. Qarşılıqlı əlaqəmizi artırmağı səbirsizliklə gözləyirik”, - deyə Heqset əlavə edib və onun çıxışı yerli televiziya kanalları tərəfindən yayımlanıb.

Dünya 2026-11-18 22:49:00