


Gənclər və idman naziri “Eurosport”un nümayəndələri ilə görüşüb
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də gənclər və idman naziri Fərid Qayıbov “Eurosport”un Beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və Beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyardla görüşüb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı idman yarışlarının beynəlxalq səviyyədə təbliği, media əməkdaşlığı və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev iştirak ediblər.