×
A
A
A
Sazlamalar

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib

Bakı, 18 noyabr, AZƏRTAC

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda növbəti matçına çıxıb.
AZƏRTAC xəbər verir ki, C qrupunun VII turunda Yunanıstanın “Kolossos” komandası ilə qarşılaşan təmsilçimiz səfərdə 78:79 hesabı ilə məğlub olub.
Qeyd edək ki, əvvəlki altı oyunda bir qələbə qazanan “Gəncə” 7 xalla qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb.

İdman 2026-11-18 22:12:00