


Latviya səfiri: Azərbaycan təbiəti, tarixi və qonaqpərvərliyi ilə heyran edir
Bakı, 18 noyabr, AZƏRTAC
“MicroFest: Kiçik hekayələr 2026” beynəlxalq festivalı çərçivəsində keçirilən “Başqa Azərbaycan” layihəsi və onun əsas ideyası böyük marağımıza səbəb oldu. Bu sərgi üçün milli elementləri özündə birləşdirən xüsusi kollaj hazırlamışıq. Azərbaycan rəssamının əsərini, zərgərlik nümunələrini, xalçanı və milli rəmzləri bir araya gətirərək vahid kompozisiya yaratmışıq.
Bunu AZƏRTAC-a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.
Onun sözlərinə görə, Azərbaycanın gözəl təbiəti, zəngin və qədim tarixi, eləcə də insanların qonaqpərvərliyi onda böyük təəssürat yaradıb.
“Azərbaycanlılar çox mehriban, səmimi və istiqanlıdırlar. Bizə münasibətləri olduqca isti və dostyana olub. Ölkənin memarlığı da diqqətimizi cəlb edib. Ümumiyyətlə, Azərbaycanda bizi heyran edən çoxsaylı məqamlar var”, – deyə səfir əlavə edib.