×
A
A
A
Sazlamalar

“LANDAU Lions” FIBA Avropa Kubokunda növbəti oyununu keçirib

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycanın “LANDAU Lions” basketbol komandası FIBA Avropa Kubokunda növbəti qarşılaşmasını keçirib.
AZƏRTAC xəbər verir ki, G qrupunun VII turunda Slovakiyanın “Prievidza” klubu ilə qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan görüş Slovakiya təmsilçisinin 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, səkkiz oyunda yalnız bir qələbə əldə edən “LANDAU Lions” 8 xalla qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb.

 

İdman 2026-11-18 21:18:00