


Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Bərdə, 18 noyabr, AZƏRTAC
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bərdə-Yevlax avtomobil yolunun rayonun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lexus markalı avtomobil yolu keçən Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Əfqan oğlu Qasımovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Tahir Ağaməmmədov