


Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 18 noyabr, AZƏRTAC
Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb.
Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib.
Azərbaycan-Almaniya münasibətləri müzakirə olunub.
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Fransada etirazlar başlayandan 466 etirazçı həbs olunub.
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub.
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib.
Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur.
Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib.
“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub.