


Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib
Bakı, 17 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev və “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü Elşən Məmmədov rayonda fəaliyyət göstərən aqrar təsərrüfat subyektlərinə baxış keçiriblər.
Bu barədə AZƏRTAC-a Göyçay Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Qərargahın növbəti iclası keçirilib. İclasda həyata keçirilmiş tədbirlər müzakirə edilib, görüləcək işlərə dair tövsiyə və tapşırıqlar verilib.