×
A
A
A
Sazlamalar

Rusiyada An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub YENİLƏNİB

Moskva, 17 noyabr, AZƏRTAC

Rusiyada qəzaya uğrayan An-12 təyyarəsinin göyərtəsində 17 nəfər olub. Onların hamısı həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalı məlumat verib.
Hadisə şahidlərinin sözlərinə görə, təyyarə hələ havada olarkən alışıb. Daha sonra kəskin şəkildə hündürlük itirərək yerə çırpılıb və partlayıb.
İlkin məlumatlara əsasən, təyyarə Novosibirskdən Kansk şəhərinə uçurmuş.

19:31

Rusiyanın Kemerovo vilayətində, Yaqonovo kəndi yaxınlığında An-12 təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, aviasiya hadisəsi barədə vilayətin qubernatoru İlya Seredyuk məlumat verib.
“Hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir. Hadisənin başvermə səbəbləri səlahiyyətli qurumlar tərəfindən müəyyənləşdirilir”, – deyə o, Telegram kanalında yazıb.
Medianın ilkin məlumatlarına görə, təyyarənin bütün heyət üzvləri həlak olub. Göyərtədə 13 nəfərin olduğu ehtimal edilir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2026-11-17 22:11:00