×
A
A
A
Sazlamalar

COP31-də ziyarətçilər 1926-cı və 2100-cü illərin iqlim şəraitini təcrübədən keçirirlər

Antalya, 17 noyabr, AZƏRTAC
COP31 çərçivəsində yaradılan İqlim Təcrübə Zonasında ziyarətçilərə qlobal istiləşmənin təsirləri xüsusi kabinlər vasitəsilə nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin təşkil etdiyi layihə çərçivəsində Mavi və Yaşıl zonalarda quraşdırılan kabinlərdə 1926-cı və 2100-cü illərin atmosfer şəraiti canlandırılır. Kabinlərin birində karbon qazının səviyyəsi milyonda 305, digərində isə yüksək emissiya ssenarisinə uyğun olaraq 1 135 hissə kimi modelləşdirilib.
Layihənin məqsədi iqlim dəyişmələrinin yalnız statistik göstəricilərdən ibarət olmadığını, insanların sağlamlığına və gündəlik həyatına təsirini əyani şəkildə göstərməkdir.
Ərazidəki xüsusi terminallarda ziyarətçilər yeddi suala cavab verməklə şəxsi karbon izlərini də hesablaya bilirlər.
Doqquz dildə fəaliyyət göstərən İqlim Təcrübə Zonası COP31-in son gününədək ziyarətçilər üçün açıq olacaq.

 

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya

 

2026-11-17 19:04:00