×
A
A
A
Sazlamalar

Azərbaycan millisi Andorraya qalib gəlib, Emin Mahmudov yığmadakı karyerasını bitirib

Bakı, 16 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq görüşü keçirib.
AZƏRTAC xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma ilin son matçında səfərdə Andorra komandası ilə qarşılaşıb.
Enkamp şəhərində oynanılan görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində qolları Eşqin Əhmədov, Musa Qurbanlı və Toral Bayramov (penalti) vurublar. Rəqibin heyətində isə İzan Fernandes fərqlənib.
Qeyd edək ki, bu, milli komandanın 2026-cı ildə son oyunu olub. Yığmanın kapitanı Emin Mahmudov bu görüşlə birlikdə Azərbaycan millisindəki karyerasını başa vurub.

İdman 2026-11-16 23:49:00