×
A
A
A
Sazlamalar

Ukraynanın Zaporojye vilayətinə aviazərbələr nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

Kiyev, 16 noyabr, AZƏRTAC

Noyabrın 2-də Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirilən aviazərbə nəticəsində dağıntılar altında qalanların axtarış-xilasetmə əməliyyatı başa çatıb. Son məlumatlara görə, hadisə nəticəsində həlak olanların sayı 72 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
Axtarış-xilasetmə əməliyyatı iki həftə davam edib. Daha dörd nəfər itkin düşmüş hesab olunur.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2026-11-16 23:08:00