


Biləsuvarda VI Hind quşu festivalı təşkil olunacaq
Biləsuvar, 16 noyabr, AZƏRTAC
Noyabrın 21-də Biləsuvar rayonunda VI Hind quşu-mətbəx festivalı təşkil olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival saat 10-da Mərkəzi Parkda başlayacaq.
Tədbirin məqsədi hind quşu məhsullarından hazırlanan yeməkləri və yerli mətbəx nümunələrini təqdim etmək, iştirakçılara fərqli kulinariya təcrübəsi yaşatmaqdır.
Müxbir- İlkin Adıyev