


® “Expresspay” terminallarında 500 manat üzəri nağd ödənişlərdə yenilik
İdentifikasiya “SİMA İmza” tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir.
Noyabrın 16-sı saat 00:00-dan etibarən “Expresspay” ödəniş terminallarında 500 manatdan yuxarı məbləğdə nağd ödənişlərin həyata keçirilməsi üçün “SİMA İmza” vasitəsilə identifikasiya tələb olunacaq.
Yenilik Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tələbinə uyğun olaraq tətbiq edilir və həm “Expressbank”ın filiallarında yerləşən terminalları, həm də ölkə üzrə bütün “Expresspay” ödəniş nöqtələrini əhatə edir. İdentifikasiya prosesi bir neçə sadə addımdan ibarətdir və proses uğurla tamamlandıqdan sonra müştəri ödənişini adi qaydada davam etdirə bilər.
“SİMA İmza” vasitəsilə identifikasiya tələbi bir əməliyyat üzrə 500 manatdan yuxarı məbləğdə həyata keçirilən nağd ödənişlərə şamil olunur. 500 manat və daha az məbləğli ödənişlər isə əvvəlki qaydada, identifikasiya tələb olunmadan həyata keçirilir.
“Expresspay” terminallarında “SİMA İmza” vasitəsilə identifikasiyanı necə həyata keçirmək olar?
1. İlk olaraq terminalda müvafiq xidmət seçilir və ödəniş üçün tələb olunan məlumatlar daxil edilir;
2. Terminalın ekranında “500 manatdan çox məbləğdə ödəniş etmək üçün şəxsiyyətinizi təsdiqləyin” bildirişi əks olunacaq. Ödəniş məbləği 500 manatdan yuxarı olduqda, identifikasiyaya başlamaq üçün müvafiq düyməyə klikləyin. Bundan sonra ekranda “QR” kod görünəcək;
3. Daha sonra mobil telefonunuzda “SİMA İmza” tətbiqinə daxil olun;
4. “SİMA İmza” tətbiqinin aşağı menyusunda yerləşən “QR” düyməsinə klikləyin;
5. Terminalın ekranında əks olunan “QR” kodu “SİMA İmza” tətbiqi vasitəsilə skan edin;
6. İdentifikasiya prosesi uğurla tamamlandıqdan sonra ödəniş prosesini adi qaydada davam etdirin.
Prosesin daha rahat və sürətli keçməsi üçün “SİMA İmza” tətbiqini öncədən mobil telefonunuza yükləməyiniz və qeydiyyatdan keçməyiniz tövsiyə olunur.
İdentifikasiya prosesi tamamlanmadığı halda, terminala artıq daxil edilmiş vəsaitin geri qaytarılması qəbzdə çap olunan qalıq kartı (16 rəqəmli PIN- kod) vasitəsilə həyata keçirilir. Bu səbəbdən qəbzin saxlanılması vacibdir.
Yeni tələb nağd ödəniş əməliyyatlarının şəffaflığının artırılmasına və müvafiq normativ tələblərə uyğunluğun təmin edilməsinə xidmət edir.
“Expresspay” xidmətləri ilə bağlı məlumat almaq və yarana biləcək suallarınızı ünvanlamaq üçün *8118 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
“Expresspay” “Expressbank” ASC-nin ödəniş terminalları şəbəkəsidir. “Expressbank” ASC ARMB tərəfindən 1992-ci il dekabrın 30-da verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.