


Husilər Ər-Riyad yaxınlığında neft obyektlərinə zərbə endiriblər
Bakı, 16 noyabr, AZƏRTAC
Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad yaxınlığında iki neft nasos stansiyasına pilotsuz uçuş aparatları ilə zərbə endirdiklərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səriya məlumat verib.
Onun sözlərinə görə, hücumlar Şərq-Qərb neft boru kəmərinin 5 və 6 nömrəli nasos stansiyalarına qarşı həyata keçirilib. Səriya əməliyyatın məqsədlərinə çatdığını iddia edib.