×
A
A
A
Sazlamalar

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-i saat 20:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Kürdəmir, İmişli, Yevlax, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tərtər və Beyləqanda yağış, Xınalıq və Şahdağda isə arabir qar yağır.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 24 m/s-dək güclənir.

Ekologiya 2026-11-15 21:50:00