×
A
A
A
Sazlamalar

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

Bakı, 15 noyabr, AZƏRTAC

Rusiya Dövlət Akademik Böyük Teatrı 250 illik yubileyi çərçivəsində dünya və rus klassik musiqisinin şah əsərlərindən ibarət geniş proqram təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, teatrın mətbuat xidmətinin məlumatına görə, baş direktor Valeri Gergiyevin təşəbbüsü ilə reallaşan layihədə tarixi repertuarın dirçəldilməsinə xüsusi diqqət yetirilir. Noyabr ayının afişasında “Knyaz İqor”, “Ruslan və Lyudmila”, “Yevgeni Onegin”, “Çar gəlini” kimi məşhur operalarla yanaşı, uşaqlar üçün “Pyotr və Qurd” simfonik nağılı da yer alıb.
Bundan başqa, noyabrın 24-25-də tarixi səhnədə “Petruşka”, “Od quşu” və “Şəhrizad” baletləri nümayiş olunacaq. Noyabrın 26-da isə ulduz heyətin iştirakı ilə “Qorxunc İvan” baleti tamaşaçılara təqdim ediləcək. Tamaşalara Valeri Gergiyev dirijorluq edəcək.

Mədəniyyət 2026-11-15 03:49:00