×
A
A
A
Sazlamalar

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

Bakı, 15 noyabr, AZƏRTAC

İtaliya Məlumatların Mühafizəsi İdarəsi (Garante della Privacy) istifadəçilərin şəxsi məlumatlarının məxfiliyini pozduğuna görə "Meta" şirkətini 805 milyon avro məbləğində cərimələyib.
AZƏRTAC xəbər verir ki, qurumun yaydığı açıqlamaya əsasən, cəzaya səbəb "Facebook" tətbiqinin İtaliyadakı "Android" istifadəçilərinin razılığı və müvafiq məlumatlandırma olmadan onların smartfon qalereyalarındakı foto, video və əlaqəli məlumatlara daxil olmasıdır.
Bildirilib ki, sözügedən pozuntu 2023-cü ildə istifadəyə verilmiş "Facebook”-da gəzərkən qalereyanızdan təkliflər alın" funksiyası ilə bağlıdır. Qərara əsasən, şirkət icazə tələb etməyən bu funksiyanı 60 gün ərzində deaktiv etməlidir.
Qeyd edək ki, Bolzano İstehlakçı Hüquqlarının Müdafiəsi Mərkəzinin müraciəti əsasında 2025-ci ilin iyulunda başlanan araşdırma nəticəsində təyin edilən bu cərimə "Meta" qrupunun qlobal dövriyyəsinin təxminən 0,47 faizinə bərabərdir. Cərimə məbləği müəyyən edilərkən ölkədə 20 milyona yaxın "Android" istifadəçisinin təsirlənməsi, pozuntunun müddəti və şirkətin istintaqla əməkdaşlıq etməməsi kimi amillər nəzərə alınıb.

Dünya 2026-11-15 02:32:00