×
A
A
A
Sazlamalar

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Bakı, 14 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb.
AZƏRTAC xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda səfərdə Lixtenşteyn yığması ilə qarşılaşıb.
Görüş Azərbaycan seçməsinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub.
Azərbaycan millisi qrupu 8 xalla birinci pillədə başa vurub.
Qeyd edək ki, 2-ci qrupda sonuncu oyun noyabrın 16-da baş tutacaq. Litva həmin görüşdə öz meydanında Lixtenşteynlə qarşılaşacaq.

İdman 2026-11-14 01:43:00