×
A
A
A
Sazlamalar

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Bakı, 14 noyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı danışıqlarda əsas prioritetləri atəşkəsin əldə olunması, təhlükəsizlik zəmanətlərinin təmin edilməsi və ölkənin bərpası ilə bağlı razılaşmaların əldə edilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib.
O, həmçinin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin və ilin sonunadək Ukraynaya hərbi maliyyə dəstəyi ilə bağlı təkliflərin mümkün qədər tez təqdim ediləcəyini qeyd edib.
Xatırladaq ki, noyabrın 12-də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlardan əvvəl atəşkəsə nail olunmasını dəstəklədiklərini bəyan edib.

Dünya 2026-11-14 00:45:00