×
A
A
A
Sazlamalar

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Bakı, 13 noyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) liderləri Rusiya ilə ekspert səviyyəsində danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini razılaşdırıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə "France-Presse" (AFP) agentliyi Avropa mənbəyinə istinadla məlumat yayıb.
Bildirilib ki, heyətə Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniyanın nümayəndələri daxil olacaq.
Məlumata əsasən, təsdiqlənən nümayəndə heyətinin tərkibi Əbu-Dabiyə səfər etmiş qrupla eynidir.
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilib. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Rüstəm Umerov rəhbərlik edib. Görüşdə ABŞ nümayəndələri və BƏƏ-nin xarici işlər naziri də iştirak ediblər. Avropa nümayəndələri isə danışıqlar masasında yer almayıblar.

Dünya 2026-11-13 22:41:00