×
A
A
A
Sazlamalar

Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub

Tbilisi, 13 noyabr, AZƏRTAC

Seneqalda keçirilən Yeniyetmələrin IV Olimpiya Oyunlarında Gürcüstan yığmasının heyətində çıxış edən azərbaycanlı boksçu Emil İsmayılov qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda yaşayan azərbaycanlı idmançı 55 kiloqram çəki dərəcəsində final görüşündə avstraliyalı rəqibini 5:0 hesabı ilə məğlub edərək olimpiya çempionu olub.
Emil İsmayılov turnirdə ilk görüşündə Dominikan Respublikasından olan Maykl Reyesə 4:1, 1/4 finalda isə livanlı Ramzi Hilala 5:0 hesabı ilə qalib gəlib.
Yarımfinalda kanadalı Lisandro Qarsia Rebelo zədə səbəbindən görüşə çıxa bilmədiyi üçün soydaşımız birbaşa finala yüksəlib.
Bu, Gürcüstanın Yeniyetmələrin Olimpiya Oyunlarında qazandığı ilk qızıl medal olub.
Emil İsmayılov soydaşlarımızın yığcam yaşadığı Qardabani bələdiyyəsinin Tbiltsqaro qəsəbəsindəndir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İdman 2026-11-13 15:25:00