


Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 16-da Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı start götürəcək.
Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 9 gün davam edəcək yarışda Azərbaycan millisi 7 idmançı ilə təmsil olunacaq.
Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadə Poreçdə Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hünbətov (55 kiloqram), Məhəmmədəli Aşırəliyev (60 kiloqram), Əli Abdullayev (65 kiloqram), Nicat Alırzayev (70 kiloqram), Abbasqulu Şadlinski (75 kiloqram) və Səbuhi Əlizadəyə (+90 kiloqram) şans verəcəklər.
Yarışda ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Qeyd edək ki, milli komanda Xorvatiyaya noyabrın 14-də yollanacaq.