×
A
A
A
Sazlamalar

UEFA Millətlər Liqası: Azərbaycan yığması son oyununa çıxır

Bakı, 13 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu matçına çıxacaq.
AZƏRTAC xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda səfərdə Lixtenşteyn yığması ilə
Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşmanı estoniyalı FIFA referisi Kristo Tohver idarə edəcək.
Azərbaycan millisi 3 turdan sonra topladığı 5 xalla qrupda birinci yerdədir. 4 xalı olan Litva 2-ci sırada qərarlaşıb. Bir xal toplamış Lixtenşteyn isə sonuncu pillədədir.
Qeyd edək ki, 2-ci qrupda sonuncu oyun noyabrın 16-da baş tutacaq. Litva həmin görüşdə öz meydanında Lixtenşteynlə qarşılaşacaq.

İdman 2026-11-13 11:41:00