


Avropa Kuboku: “Kür” Şimali Makedoniya təmsilçisi ilə qarşılaşacaq
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycanın qadın həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Mingəçevir təmsilçisi III mərhələnin ilk oyununda Şimali Makedoniyanın “Çair” kollektivi ilə qarşılaşacaq.
Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək oyun saat 17:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması noyabrın 15-də eyni arenada təşkil olunacaq.
Qeyd edək ki, “Kür” əvvəlki mərhələdə Kiprin APOEL komandasını hər iki oyunda məğlub edərək növbəti raunda yüksəlib. Azərbaycan təmsilçisi rəqibini ilk görüşdə 40:18, cavab matçında isə 39:13 hesabı ilə üstələyib.