


Dakar-2026: Azərbaycan komandasının son təmsilçisi bu gün yarışacaq
Bakı, 13 noyabr, AZƏRTAC
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları sona yaxınlaşır.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, oyunların son günündə Azərbaycan komandasının sonuncu idmançısı Abbas Hüseynov mübarizəyə başlayacaq. Təmsilçimiz qılıncoynatmanın sablya növündə qüvvəsini sınayacaq.
Bakı vaxtı ilə saat 13:00-da başlayacaq yarışda idmançımızın ilk rəqibi sinqapurlu Aston Ous olacaq.