×
A
A
A
Sazlamalar

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Vaşinqton, 13 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə, İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Salem News Channel” telekanalına müsahibəsində danışıb.
“Əgər vəziyyətin əks istiqamətdə inkişaf etdiyini görsəm, bunu edərəm. Hətta elə indi də edə bilərəm. Heç bir tərəddüd etməyəcəyəm”, – deyə ABŞ Prezidenti vurğulayıb.

 

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-11-13 02:41:00