


İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək
Dublin, 13 noyabr, AZƏRTAC
“Avropa Siyasi Birliyi” son dərəcə mühüm fikir mübadiləsi platformasıdır. Çünki qitənin qarşılaşdığı çağırışları müzakirə etmək üçün həm Avropa İttifaqına üzv olan, həm də üzv olmayan ölkələri bir araya gətirir.
AZƏRTAC xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelen Dublində jurnalistlərə açıqlamasında deyib.
İsveçrə Prezidenti ölkəsinin belə sammitlərin keçirilməsinə başlanıldığı ilk vaxtlardan etibarən bu prosesə maraq göstərdiyini və özü də belə bir tədbirə ev sahibliyi etmək istəyini ifadə etdiyini vurğulayıb.
“Bildiyiniz kimi, gələn il Sammit İsveçrədə, Sürix şəhərində keçiriləcək. Bu, ötən il Antonio Koşta tərəfindən təsdiqlənmişdi”, – deyə Gi Parmelen əlavə edib.