×
A
A
A
Sazlamalar

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Vaşinqton, 13 noyabr, AZƏRTAC

ABŞ-ın Nyu-York şəhərində üçmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhər meri Zöhran Məmdani məlumat verib.
Bildirilib ki, həlak olanlardan 6-sı böyük, 2-si uşaqdır. Hadisə nəticəsində daha 18 nəfər xəsarət alıb. Yaralılar arasında 4 yanğınsöndürən də var. Bir nəfərin vəziyyəti ağırdır.
Hadisə noyabrın 11-də şəhərin Bruklin rayonunda, Flatbuş prospektində baş verib. Üçmərtəbəli bina qonşu ərazidə qazıntı işləri aparılarkən uçub.
Dağıntılar altında insanların qala biləcəyi ehtimalı ilə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Hadisənin səbəbləri araşdırılır.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-11-13 00:02:00