×
A
A
A
Sazlamalar

Milli Kitabxanada professor Kərim Tahirovun kitab sərgisi təqdim olunub

Bakı, 12 noyabr, AZƏRTAC

Milli Kitabxanada Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun anadan olmasının 75 illik yubileyi münasibətilə “Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə görkəmli alimin müəllifi, tərtibçisi, rəyçisi, “Ön söz”nün müəllifi, tərcüməçisi və redaktoru olduğu əsərlər, onun həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş etdirilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Mədəniyyət 2026-11-12 16:47:00