


Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası yarışı 4 medalla bitirib.
Yığmanın heyətində Coşqun Əliyev (60 kiloqram), Xalid Məmmədov (66 kiloqram) qızıl, Aydın Əzizov (81 kiloqram) gümüş, Eltun Məmmədov (73 kiloqram) isə bürünc medal əldə ediblər. Yarışda 9 idmançı ilə təmsil olunan Azərbaycan 4 medal qazanaraq, kişilər arasında komanda hesabında 2-ci olub.