


Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib
Bakı, 12 noyabr, AZƏRTAC
12 Noyabr – Konstitusiya Günü münasibətilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəhbərliyi, hakimləri və Aparat əməkdaşları Fəxri xiyabanı ziyarət edərək müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının banisi və müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə tər çiçəklər düzülüb.